Menyu

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

Sentyabrın 27-28-də Qırğızıstanın Oş şəhərində təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024" və 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub.

Dövlət Turizm Agentliyindən "Operativ Media"ya bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda Azərbaycanın milli stendində mövcud turizm potensialımız təbliğ edilib.

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində təşkil edilən "Böyük İpək yolunda turizm" adlı plenar sessiyada Azərbaycan turizmi haqqında təqdimat olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər