http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək

30 Sentyabr 2024 , 08:03
Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək

2-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə "Yaradıcı Həftə" keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

“Həftə” Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası çərçivəsində həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən təşəbbüsdür.

Layihənin əsas məqsədi mədəniyyət və yaradıcı sənayelərin (MYS) vahid bir ekosistem kimi formalaşdırılması və bu sahənin bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, eyni zamanda sahəvi klasterləşmənin təşviq edilməsidir.

"Yaradıcı Həftə"də müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcək.

"Yaradıcı Həftə" ərzində ölkəmizdə ilk dəfə olaraq "Baku Cinema Breeze" platforması çərçivəsində film festivalları, X Bakı Beynəlxalq Kitab Sərgisi və digər müxtəlif yaradıcı tədbirlər keçiriləcək.

Bu il “Baku Cinema Breeze” platforması (https://www.bakucinemabreeze.az/)çərçivəsində XV Bakı Beynəlxalq Film Festivalı, VIII "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı, VII "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı, “Alove" Animatorların Akselerasiyası və Türk Animasiyası Festivalı kimi tədbirlər baş tutacaq.

Bundan əlavə, Azərbaycanda ilk dəfə Şərq və Mərkəzi Asiya Ölkələrinin Film Marketi də təşkil ediləcək.

Artıq 10-cu dəfə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisi (https://bakubookfair.az/az/main) isə ziyarətçilərə istehlakçılarla ünsiyyət qurmaq, rəqəmsal əsrdə ölkəmizdə kitab biznesinin necə inkişaf etdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübə və ideyaları bölüşmək üçün ideal platformadır.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə 2023-cü ildə keçirilən “Yaradıcı Həftə” çərçivəsində ümumilikdə 20-yə yaxın tədbir (Mədəniyyət və Yaradıcı Sənayelər Forumu, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi, “Musiqi sənayesi platforması”, “CINEMO” Mobil Film Festivalı, “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafonu və s.) keçirilib, 5000-dən artıq iştirakçı olub. 10-u yeni yaradılmış biznes subyekti olmaqla ümumilikdə 50-yə yaxın biznes subyekti, 80-ə yaxın xarici ölkə nümayəndəsi, 100-ə yaxın spiker tədbirlərə qatılıb.

OXŞAR XƏBƏRLƏR
Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb

Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib

"Ən yaxşı komediya aktyoru” üzrə “Emmy” mükafatının sahibi bəlli oldu

"Ən yaxşı komediya aktyoru” üzrə “Emmy” mükafatının sahibi bəlli oldu

XƏBƏR LENTİ
  • 11:22

    Nərimanovda narkokuryerlik edən 5 nəfərdən 13 kiloqram narkotik vasitə aşkarlanıb
  • 11:13

    Kolleclərə direktor müavinləri təyin olunub
  • 11:09

    DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • 11:01

    “Mpay” terminalları artıq Naxçıvanda!
  • 10:50

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 10:45

    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
    BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb
  • 10:45

    Noyer: "Bavariya" yenidən özünə inam hiss edir
  • 10:39

    Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Menyu