http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Baş prokuror Stifen Parkinsonla görüşüb

30 Sentyabr 2024 , 12:35
Baş prokuror Stifen Parkinsonla görüşüb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri Stifen Parkinson ölkəmizdə işgüzar səfərdədir

"Operativ Media" xəbər verir ki. Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Prokurorluq Xidmətinin rəhbəri cənab Stifen Parkinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birləşmiş Krallığın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən Kamran Əliyev ölkələrarası tarixi ticarət və mədəni əlaqələrin mövcudluğuna nəzər salıb.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Kral Prokurorluq Xidmətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.  

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Oktyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ

İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib

İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib

XƏBƏR LENTİ
  • 15:37

    Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15:35

    Azərbaycan Kubokunun püşkü atıldı
  • 15:32

    Azərbaycan kubokunda mübarizə aparacaq komanda sayı bilindi
  • 15:24

    Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib
  • 15:16

    Oktyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
  • 15:13

    İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib
    İrandan Azərbaycana doğru hərəkət edən uçuş aparatı ələ keçirilib
  • 15:02

    Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsi hazırlanacaq
  • 14:59

    Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər elektron formada həyata keçiriləcək
Menyu