Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların dövriyyəsinə dəyişiklik edilir
ADY qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edir.
ADY-dən "Operativ Media"ya verilən məlumata görə, 5 oktyabr 2024-cü ildən başlayaraq qatarlarımız hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.
Qeyd edək ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net