Menyu

Məhkəmə statistik məlumatların verilməsi qaydalarını pozan şirkəti cərimələnib

Nərmin Qocamanlı
Məhkəmə statistik məlumatların verilməsi qaydalarını pozan şirkəti cərimələnib

“Portbim” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğuna görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cü (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şokolad fabriki ilə bağlı müraciətə baxılıb. 

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər