Menyu

ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır

Əziz Əzizli
ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə “Hücumun qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün” bölgədə yerləşən mövcud qüvvələrinə döyüş təyyarələri və bir neçə min əsgər göndərəcəyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bu haqda gündəlik mətbuat konfransında danışıb.

Rotasyonda və bölgədə olan USS Abraham Lincoln təyyarə gəmisi donanmasının yerində qalması ilə bağlı təlimat verildiyini ifadə edən Sinq, hava hücumundan müdafiəni gücləndirmək üçün mövcud hərbi varlığa əlavə olaraq, F-15E Strike Eagle, F-16, A-10 və F-22 döyüş təyyarələri və onlara dəstək olmaq üçün "bir neçə min" personalın göndəriləcəyini ifadə edib.

Sinq, həmçinin müxtəlif ehtimallara cavab vermək üçün hazırlıqlarını daha da artırmaq üçün Pentaqonun ABŞ hərbi birləşmələrinin bölgədə yerləşdirilməsi üçün hazırlıq səviyyəsinin artırıldığı barədə məlumatı paylaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər