04 Oktyabr 2024, 19:50
Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir şəkil
Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.

Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.

Son xəbərlər
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı
Medvedyev: Bayden Rusiya ilə müharibəyə səbəb oldu
Tramp Çinə səfər edəcək
Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA