Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
"Operativ Media" xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq