http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Tarixdə ilk dəfə: “Neftçi” 3 qol vurub uduzdu

07 Oktyabr 2024 , 10:12
Tarixdə ilk dəfə: “Neftçi” 3 qol vurub uduzdu

9-cu turun “Kəpəz” – “Neftçi” matçı Misli Premyer Liqasında mövsümün ən məhsuldar oyunu olub.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldikləri görüşdə ümumilikdə 7 qol vurulub.

Bunadək ən məhsuldar matçda 6 top qeydə alınmışdı. VII turun “Səbail” – “Sabah” görüşündə qonaqlar qalib gəliblər – 4:2.

Bununla da “Neftçi” çempionatdakı qələbəsizlik seriyasını 10-a çatdırıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

Mayın 18-də “Səbail” üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik “Neftçi”nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı “arxada qoyub”. 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.

“Neftçi” həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Azərbaycan millisinin heyətində dəyişiklik edildi

"Barselona"nın hücumçusu zədələnib

"Barselona"nın hücumçusu zədələnib

Braziliya dünya çempionu oldu

Braziliya dünya çempionu oldu

XƏBƏR LENTİ
  • 13:23

    İraqın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib
  • 13:21

    Dördüncü “Yüksəliş” müsabiqəsinin yekun hesabatı təqdim edilib
  • 13:19

    Paşinyan Putini təbrik edib
  • 13:13

    Azərbaycan millisinin heyətində dəyişiklik edildi
  • 13:13

    Sabah hava necə olacaq?
  • 13:06

     Siyəzəndə əməliyyat zamanı 1 nəfər saxlanılıb 
  • 13:02

    Agentlik: Ötən ay 233 nəfərin diplomu tanınmayıb
  • 12:39

    XİN: Suriya və İraqdan 8 nəfərin repatriasiyası həyata keçirilib
Menyu