Premyer Liqa klubu hücumçusu ilə 2030-cu ilə qədər müqavilə imzaladı
Əziz Əzizli
Premyer Liqada mövsümə yaxşı başlayan və 7 həftədə 1 dəfə məğlub olan “Aston Villa” hücumçu Con Duranın müqaviləsini uzadıb.
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Duranın yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilib. Duran 2023-cü ildə MLS komandası "Çikaqo Fayr"dan "Aston Villa" ilə müqavilə imzalayıb.
"Aston Villa" Premyer Liqada 7 matçda 4 qələbə və 1 heç-heçə ilə 14 xal toplayıb. Unai Emerinin yetirmələri Çempionlar Liqasında "Yanq Boyz" və "Bavariya"nı məğlub edərək hər iki matçda qalib gəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net