"Yuventus"un kapitanı əməliyyat olundu
Əziz Əzizli
"Yuventus"un kapitanı, 27 yaşlı braziliyalı müdafiəçi Bremer sol dizinin çarpaz bağlarından zədələnərək əməliyyat olunub.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Əməliyyatın uğurlu keçdiyi qeyd edilir.
27 yaşlı futbolçu bir neçə gündən sonra reabilitasiya mərhələsinə başlayacaq. Onun növbəti mövsümdə meydana qayıtması gözlənilir.
Bremer Çempionlar Liqasında Almaniyanın "RB Leypsiq"i ilə oyunda (3:2) zədələnib.
Bu mövsümdə Bremer "Yuventus"la 8 matçda iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net