Menyu

PSJ futbolçuları Luis Enrikedən narazıdır

Əziz Əzizli
PSJ futbolçuları Luis Enrikedən narazıdır

Fransa çempionu PSJ-nin futbolçuları Paris təmsilçisinin baş məşqçisi Luis Enrikedən narazıdırlar.

"Operativ Media" xəbər verir ki, bu haqda Fransanın L'Équipe qəzeti yazıb

Futbolçular ispan mütəxəssisin bəzi oyunçuların güclü tərəflərindən istifadə etməməsindən, taktiki çeviklik nümayiş etdirməməsindən narazıdırlar.

Xüsusilə, Bredli Barkola və Ousman Dembele Luis Enrikenin taktiki fəlsəfəsinə uyğun gəlmir. Luis Enrikenin göstərişlərinə ciddi əməl edilmədikdə dözümsüzlüyü də futbolçuları bezdirir.

Fransa çempionatının 7 turundan sonra PSJ lider "Monako"dan 2 xal geri qalaraq 17 xalla ikinci pillədə qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər