Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) matçının hakim təyinatları açıqlandı
Əziz Əzizli
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəoktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda keçiriləcək Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
"Operativ Media" xəbər verir ki, matçı Farer adalarından olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Heini Ziskason Viboy, onun köməkçiləri isə Dan Petur Pauli Hojgaard və Jan Hermansen olacaq. Dördüncü hakim funksiyasını isə Bjarki Danielsen yerinə yetirəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma