Menyu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

Əziz Əzizli
AFFA rəsmisi UEFA-dan təyinat aldı
1 dəq oxu

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Əlaqəli Xəbərlər