Menyu

"İnter"in baş məşqçisi polisdə dindirilib

Əziz Əzizli
"İnter"in baş məşqçisi polisdə dindirilib

İtaliya polisi Milan klubunun ultraslar ilə mütəşəkkil cinayətkar qruplar arasında mümkün əlaqənin olması ilə bağlı iş üzrə şahid statusunda olan "İnter"in baş məşqçisi Simone İnzaqini dindirib.

"Operativ Media" xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Sentyabrın 30-da “İnter” və “Milan” azarkeş qruplarının bir neçə üzvü Kalabriya mafiya ailələri ilə əməkdaşlıqda, pul tələb etməkdə, matç biletlərini yenidən satmaqda və digər cinayət əməllərində şübhəli bilinərək həbs edilib.

Prokurorluq bu işdə zərərçəkmiş tərəflərin “İnter” və “Milan” olduğunu açıqlayıb.

Teqlər:

"\"\u0130nter\"in ba\u015f m\u0259\u015fq\u00e7isi polisd\u0259 dindirilib"

Əlaqəli Xəbərlər