"Əl Nəsr" Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb
Əziz Əzizli
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 39 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və Səudiyyə klubunun rəhbərliyi yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
"Operativ Media" xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanının Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər. Tərəflər razılığa yaxındırlar. Ronaldo 2026-cı ilə qədər oynamaq niyyətindədir. Futbolçu Dünya çempionatına kimi "Əl Nəsr"də qalmaq istəyir.
Ronaldo 2023 Yanvarda "Əl Nəsr"ə keçib, onunla bu mövsümün sonuna qədər müqaviləsi var.
Ronaldonun transfer qiyməti hazırda 15 milyon avro olaraq qiymətləndirilir.
Teqlər:
"\"\u018fl N\u0259sr\" Ronaldo il\u0259 yeni m\u00fcqavil\u0259 il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlara ba\u015flay\u0131b"