Menyu

Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"

Əziz Əzizli
Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk şəxsi instaqram hesabında paylaşım edib.

"Operativ Media" xəbər verir ki, ukraynalı vinger Ağdam klubundakı debütündən yazıb:

"Bu an üçün necə də darıxmışdım. 11 çətin aydan sonra ilk 60 dəqiqə... Uzun müddətdir gözlədiyim məqam, debütüm, ilk qələbəm, ən çox sevdiyiniz işi yenidən görmək kimi heyrətamiz hissi yaşayıram.

Amma qarşıda hələ uzun və həyəcanlı bir yol var, gəlin əylənək. Qaranlıq günlər arxada qaldı, parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı. Tezliklə görüşərik".

Qeyd edək ki, “Qarabağ” Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər