http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO

10 Oktyabr 2024 , 15:38
Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO

Tacikistan Respublikası Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi general-mayor Hafiz Cabor Əzizzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutda olublar.
Nümayəndə heyətinə hərbi institutun tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun da iştirak etdiyi görüşdə hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan tacik kursantlarla görüşərək onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıb.
Tacikistanlı qonaqlar institutun ərazisindəki muzeydə sərgilənən fotostendlə tanış olublar.
Nümayəndə heyəti daha sonra təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası ilə tanış olub, kursantların tədris prosesinin gedişatı ilə maraqlanıb.
Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib

İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib

MMU-da "Çin dili" kursunun açılış mərasimi keçirilib - VİDEO

MMU-da "Çin dili" kursunun açılış mərasimi keçirilib - VİDEO

XƏBƏR LENTİ
  • 18:06

    Qazprom və Macarıstan arasında qaz tədarükünün artırılması imkanları ilə bağlı memorandum imzalanıb
  • 17:59

    Zelenski Makronla görüşüb
  • 17:53

    Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb
  • 17:45

    BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb
  • 17:42

    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
  • 17:29

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətlə bağlı qərarı açıqlayıb
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
  • 17:20

    Gənclər və idman naziri Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
Menyu