Menyu

Harri Keyn İngiltərə millisinin Yunanıstanla oyununu buraxacaq

Əziz Əzizli
Harri Keyn İngiltərə millisinin Yunanıstanla oyununu buraxacaq
1 dəq oxu

Münhen "Bavariya"sının və İngiltərə millisinin mərkəz hücumçusu Harri Keyn Millətlər Liqasının III turunun Yunanıstanla oyununu buraxacaq.

"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, İngiltərə yığmasının kapitanı ayağından zədə alıb. "Mançester Siti"nin müdafiəçisi Con Stounz meydana kapitan sarğısı ilə daxil olacaq.

İngiltərə - Yunanıstan B Liqası oyunu oktyabrın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oktyabrın 13-də İngiltərənin rəqibi Finlandiya olacaq.

31 yaşlı Harri Keyn 68 qolla İngiltərə millisinin tarixinin ən yaxşı bombardiridir.

Əlaqəli Xəbərlər