Menyu

Ruslan Əmircanov: "Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm"

Əziz Əzizli
Ruslan Əmircanov: "Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm"

"Estoniya millisinin bizdən üstün olduğunu düşünmürəm".

Bu sözləri "Operativ Media"ya açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, hal-hazırda məşqçi kimi çalışan Ruslan Əmircanov bildirib.

O, Estoniya yığmasının zəif rəqib olduğunu düşünmür.

"Millimiz Estoniya ilə səfərdə qarşılaşacaq. Çətin oyun olacağını bilirik. Estoniya yığması heç də zəif rəqib deyil. Həmişə onlarla qarşılaşmalarda qələbə qazanmağa çalışmışıq. Bizim dişimizə uyğun rəqibdir. Amma, Avropa ölkələrinin yığmaları günü-gündən irəliyə gedir. Futbolçuları aparıcı klublarda və öz çempionatlarında oynayırlar. Ona görə bizim üçün çətin bir oyun olacaq, amma bizdən üstün olduqlarını düşünmürəm".

Ruslan Əmircanov futbolçuların meydanda sona kimi mübarizə aparmaqlarının vacib olduğunu bildirib.

"Qələbə üçün meydanda mübarizə aparıb istəkli olmaq lazımdır. Oyuna start heyətdə başlayan və sonradan meydana daxil olan futbolçular oyun tempini pozmadan tam ciddi şəkildə son fitə qədər konsentrasiyanı itirməməlidirlər. Çünki bizim çempionat oyunlarında, avrokubok oyunlarında da görürük ki, bir xırda səhvdən, diqqətsizlikdən sonra qapımızda qol görürük. İndiki futbolda da hamı belə səhvlərin olmasını gözləyir ki, qollarını vursunlar. Tam sona qədər mübarizə aparandan sonra, allahın köməyi ilə qələbə bizim olar".

Qeyd edək ki, Estoniya ilə oyun oktyabrın 11-i saat 20:00-da start götürəcək.

Teqlər:

"Ruslan \u018fmircanov: \"Estoniya millisinin bizd\u0259n \u00fcst\u00fcn oldu\u011funu d\u00fc\u015f\u00fcnm\u00fcr\u0259m\""

Əlaqəli Xəbərlər