Menyu

Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"

Əziz Əzizli
Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"

"Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı UEFA Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis 1:3 hesablı məğubiyyəti şərh edib:

"Komandamız görüşə çox yaxşı başlamışdı. 35-ci dəqiqəyə qədər kompakt oyun sərgiləyirdik. Rəqib komanda qapımız qarşısında qol şansı əldə edə bilmirdi. Lakin futbol belə bir oyundur. İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı. Özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, bərabərliyi qoruyub saxlaya bilmədik. Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu. Əgər topu rəqib qapısından keçirə bilmirsənsə, qarşı tərəf bundan faydalanacaq",

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək

Teqlər:

"Fernandu Santu\u015f: \"\u0130lk qolu buraxd\u0131qdan sonra komanda da ruh d\u00fc\u015fk\u00fcnl\u00fcy\u00fc yarand\u0131\""

Əlaqəli Xəbərlər