UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq.