UEFA Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya məğlub oldu
Əsəd Abbaslı
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
"Operativ Media" xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya yığması ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə millimiz 1-3 hesabı ilə məğlub olub.
Azərbaycan millisi C Liqasının 1-ci qrupunda 4 oyundan sonra xalsızdır və 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
14 oktyabr
20:00 Azərbaycan – Slovakiya 1-3
Qol: Toral Bayramov, 38 – Rahil Məmmədov, 15 (avtoqol), Lukaş Haraslin, 75, Duris, 86
Baş hakim: Rohit Saqqi (Norveç)
Tofiq Bəhramov adına Respublika stadionu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net