UEFA İslandiya - Türkiyə matçı ilə bağlı qərar verdi - YENİLƏNİB
Əziz Əzizli
UEFA rəsmiləri və hakimlər İslandiya - Türkiyə matçının nəzərdə tutulan yerdə və saatda oynanılmasına qərar verib.
"Operativ Media" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar matçın təxirə salınması gündəmdə idi.
***
11:39
UEFA Millətlər Liqasının C liqasında keçirilən İslandiya - Türkiyə matçı pis hava şəraitinə görə təxirə salınma təhlükəsi ilə üzləşib.
"Operativ Media" İslandiya mətbuatına istinadən xəbər verir ki, İslandiya-Türkiyə matçının oynanılacağı "Lauqardalsvöllur" stadionu matç vaxtı şaxta təhlükəsi ilə üzləşib.
Xəbərdə UEFA rəsmilərinin dünən günortadan sonra İslandiya Futbol Federasiyası və sahə heyəti ilə görüş keçirdiyi bildirilib.
İclasda təxirə salınma ilə bağlı hər hansı qərar verilmədiyi, lakin oyun günü (bu axşam) təkrar yoxlamanın olacağı və təxirə salınma ilə bağlı yekun qərarı UEFA-nın verəcəyi vurğulanıb.
"Lauqardalsvöllur" stadionunda yer isitmə sistemi olmadığından donma baş verəcəyi gözlənildiyi bildirilib.
Qeyd olunub ki, təxirə salınma qərarı verilsə belə, İslandiya - Türkiyə matçı ən geci çərşənbə axşamı oynanılacaq.