Azərbaycanın U-21 millisi İngiltərə ilə qarşılaşacaq
Əziz Əzizli
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi bu gün qrupda sonuncu - 10-cu oyununa çıxacaq.
Səfərdə İngiltərənin U-21 komandası ilə keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı xorvatiyalı qadın hakim İvana Martinçiç idarə edəcək.
Bu ilin mart ayında komandalar arasında Bakıda keçirilən görüşdə ingilislər 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qrupda keçirdiyi 8 oyunda uduzan və cəmi 1 qələbə qazanan millimiz 3 xalla sonuncu pillədədir. İngiltərə isə 22 xalla 2-cidir.
15 oktyabr
22:30. İngiltərə U-21 - Azərbaycan U-21
Baş hakim: Ivana Martinçiç (Xorvatiya)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net