İngiltərə çempionu "Mançester Siti"nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola Argentina millisinin hücumçusu, dünya çempionu və Amerika kubokunun qalibi Lionel Messini bütün dövrlərin ən yaxşı futbolçusu hesab edir.
"Operativ Media" xəbər verir ki, o, bu haqda İngiltərə mətbuatına danışıb.
“Bütün zamanların ən yaxşı oyunçusundan danışırıq. Bilirəm ki, bu, Pele və Maradonaya çox da hörmətli olmaya bilər, amma 15 ildir ki, Messi hər üç gündə bir sabitlik nümayiş etdirir. O, tarixin ən yaxşısıdır. Messini hər gün görmək imkanım olub. Messi inanılmaz dərəcədə gözəl oyun nümayiş etdirir" deyə Qvardiola bildirib.
Messi "Barselona"da Qvardiolanın rəhbərliyi altında çıxış edib. O, 8 dəfə “Qızıl top”un qalibidir.