Menyu

Mahir Emreli millinin heyətində 50-ə çatdı

Əziz Əzizli
Mahir Emreli millinin heyətində 50-ə çatdı

UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya ilə keçirilən oyun Azərbaycan millisinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.

"Operativ Media" xəbər verir ki, 27 yaşlı hücumçu Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə yubileylə yadda qalıb.

Lakin 50-ci matç onun və komandamız üçün heç də uğurlu olmayıb. Çünki Mahirin qırmızı vərəqə aldığı qarşılaşmada komandamız 1:3 hesabı ilə məğlub olub. Forvard milli forma altında keçirdiyi 50 matçda 6 dəfə fərqlənib. O, 50 oyun səddinə çatan 21-ci futbolçu kimi Azərbaycan tarixinə düşüb. Emreli aktivində 52 matç olan komanda yoldaşı Emin Mahmudov və yığmanın sabiq yarımmüdafiəçisi Emin Quliyevə yaxındır.

Qeyd edək ki, Mahir Emreli 2017-ci ildən millimizin formasını geyinir

Teqlər:

"Mahir Emreli millinin hey\u0259tind\u0259 50-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər