Menyu

"Real Madrid "Bayer"in sağ cinah müdafiəçisini transfer etmək istəyir

Əziz Əzizli
"Real Madrid "Bayer"in sağ cinah müdafiəçisini transfer etmək istəyir

İspaniya çempionu və Çempionlar Liqasının kubokunun qalibi "Real Madrid" Almaniya çempionu "Bayer Leverkuzen" klubunun sağ cinah müdafiəçisi Ceremi Frimponqu almaq istəyir.

"Operativ Media" xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

23 yaşlı holland futbolçunun "Bayer"lə müqaviləsi 2028-ci ilin iyununa kimidir. Lakin müqavilədə azad agent olması üçün gələn ilin yayına qədər 40 milyon avro ödənilməsi yetərlidir.

"Transfermarkt" onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Ötən mövsüm Frimponq bütün yarışlarda 47 matçda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Real Madrid \"Bayer\"in sa\u011f cinah m\u00fcdafi\u0259\u00e7isini transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər