Menyu

"Araz-Naxçıvan" "Zirə"dən ayrılan futbolçunu transfer etdi

Əziz Əzizli
"Araz-Naxçıvan" "Zirə"dən ayrılan futbolçunu transfer etdi
1 dəq oxu

"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

"Operativ Media" xəbər verir ki, əyalət təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.

Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

Əlaqəli Xəbərlər