Menyu

"Karvan"ın baş məşqçisi: "Çalışacağıq ki, liderliyi qoruyaq"

Əziz Əzizli
"Karvan"ın baş məşqçisi: "Çalışacağıq ki, liderliyi qoruyaq"

"Karvan"ın  baş məşqçisi Kənan Kərimov  “İmişli” ilə oyun haqqında müsahibə verib.

"Operativ Media" xəbər verir ki, klubun mətbuat xidmətinə danışan baş məşqçi liderliyi qorumaq istədiklərini bildirib.

“Çox gərgin və maraqlı oyun keçdi. Bunu əvvəldən də bilirdik. Futbolçularım xarakter göstərdi. İlk hissədə öndə olsaq da, ikinci yarıda geri düşdük. Amma yenə də qələbə qazana bildik. “İmişli” kimi komandaya qarşı geridönüş etmək asan deyil. Dəstəklərinə görə azarkeşlərə də təşəkkür edirəm.Beş oyunda maksimum nəticə oldu. Açığı, 5 oyunun hər birində qələbə qazanacağını heç kim gözləməz. Amma zirvə üçün vuruşuruq. Məqsədimiz liderliyi qorumaqdır. Çempionluq üçün danışmaq indi çox tezdir. Qarşıda çoxlu oyunlar, sürprizlər var. Çalışacağıq ki, liderliyi qoruyaq.”

Qeyd edək ki, "Karvan" 1-ci liqada 5 oyunda maksimum nəticə göstərib.

Teqlər:

"\"Karvan\"\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi: \"\u00c7al\u0131\u015faca\u011f\u0131q ki liderliyi qoruyaq\""

Əlaqəli Xəbərlər