Menyu

"Mingəçevir Reqatası-2024": Azərbaycan idmançıları daha iki medal qazandı

Əziz Əzizli
"Mingəçevir Reqatası-2024": Azərbaycan idmançıları daha iki medal qazandı
1 dəq oxu

 “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ikinci yarış günü Azərbaycan idmançıları  daha iki medal qazanıb 

"Operativ Media" xəbər verir ki, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarında baş tutan yarışlarda Amil Ramazanov (2006-2007-ci illər) 200 metr məsafədə kayak yarışında qızıl medal, Cavid Vəlizadə (2008-2009-cu illər) isə kanoe yarışında bürünc medal qazandı.

Bu uğurlarla Azərbaycan idmançılarının beynəlxalq reqatada qazandığı medalların ümumi sayı 11-ə çatıb. 

Xatırladaq ki, Mingəçevirdə təşkil olunan yarışın ilk günündə avarçəkənlərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmışdılar.

Əlaqəli Xəbərlər