18 Oktyabr 2024, 10:57
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb şəkil
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə "Operativ Media"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədiləcək.

Təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Son xəbərlər
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"