Menyu

MN: Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur

Nərmin Qocamanlı
MN: Silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər icra olunur

Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.

Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.

Teqlər:

"MN: Silah v\u0259 texnikan\u0131n pay\u0131z-q\u0131\u015f m\u00f6vs\u00fcm\u00fcnd\u0259 istismar rejimin\u0259 ke\u00e7irilm\u0259si il\u0259 ba\u011fl\u0131 kompleks t\u0259dbirl\u0259r icra olunur"

Fotogalereya

Əlaqəli Xəbərlər