Menyu

İlqar Qurbanov: "Əvvəllər milli komandaya hərə öz futbolçu tanışını salırdı"

Əziz Əzizli
İlqar Qurbanov: "Əvvəllər milli komandaya hərə öz futbolçu tanışını salırdı"

"23 nəfərlik millinin heyətini mətbuatdan 1 saat qabaq öyrənirəm".

"Operativ Media" xəbər verir ki, bunu İTV-də yayımlanan "Sabaha Saxlamayaq" verilişində qonaq olan əsas milli komandanın direktoru İlqar Qurbanov deyib.

O, əvvəlki illlərlə müqayisədə milli komandada irəliləyiş olduğunu düşünür.

"Əvvəllər milli komandaya futbolçu seçiləndə, biri öz dostunu salırdı,biri öz tanışını, ümumi olaraq xaos var idi. Hətta mən bir dəfə millinin toplanışında olanda görmüşdüm ki, məşqçi bu futbolçunu tanımır. Oranı bir biznesə çevirmişdilər. Mən 9 il bu səbəblərə görə milli komanda formasını geyinməmişəm. Sırf bu səbəblərə görə. Hal-hazırda belə şeylərin olmadığının mən şahidiyəm. Çünki mən A milli komandanın direktoru olaraq 23 nəfərlik heyəti mətbuatdan 1 saat qabaq öyrənirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər