Menyu

Vüqar Mustafayev həmkarı Haluk Görgün ilə görüşüb

Əsəd Abbaslı
Vüqar Mustafayev həmkarı Haluk Görgün ilə görüşüb

Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Bu barədə "Operativ Media"a Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanaraq “SAHA EXPO 2024” sərgisinin peşəkarlıqla təşkil oldunduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər