Menyu

Yunanıstan Türkiyə ilə sərhədə 150 sərhədçi göndərir

Əziz Əzizli
Yunanıstan Türkiyə ilə sərhədə 150 sərhədçi göndərir

Yunanıstan-Türkiyə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik çəpəri qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınmasında 100% effektivdir və bu bölgədə sərhədə əlavə 150 sərhədçi göndərilərək onların sayı 600-ə çatdırılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Evros bölgəsinə səfəri zamanı bildirib.

“Bu, milli və Avropa sərhədlərinin qorunması baxımından 100% effektivdir. Odur ki, son iki il ərzində artıq işə götürülən 450 sərhədçiyə ikinci müdafiə xəttini dəstəkləmək üçün daha 150 sərhədçi əlavə olunacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti sərhəd hasarını 2020-ci ildən tikməyə başlayıb. Hasarın Türkiyədən gələn on minlərlə qeyri-qanuni miqrantın ölkəyə daxil olmasının qarşısını aldığı üçün Evros çayının bütün uzunluğu boyunca (təxminən 200 km) maneə hasarının tikilməsi barədə qərar qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər