"Beşiktaş" - "Makkabi" matçının yeri dəyişdirildi
Əziz Əzizli
UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində İstanbulda keçirilməli olan “Beşiktaş” – “Makkabi” (Tel-Əviv, İsrail) matçının yerini dəyişdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb.
Hələlik sözügedən görüşün harada keçiriləcəyi məlum deyil. Bu haqda məlumatların həftəsonuna qədər açıqlanacağı bildirilib. Belə bir qərarın təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub.
Bundan əvvəl “Beşiktaş”ın basketbol komandası İsrail təmsilçisi “Hapoel Şlomo” ilə oyununu təhlükəsizlik məqsədi ilə İstanbulda yox, neytral meydanda – Serbiyada keçirmişdi.
Qeyd edək ki, “Beşiktaş” – “Makkabi” matçın noyabrın 28-də keçirilməsi nəzərdə tutulub
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net