06 Noyabr 2024, 15:53
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO şəkil
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, üç mərhələ üzrə həyata keçirilmiş təlimdə HDQ-nin döyüş gəmiləri dəstəsi və dəniz piyadaları iştirak edib.

Təlim zamanı döyüş fəaliyyətinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqları yoxlanılıb.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə döyüş əməliyyatlarının aparılması və müxtəlif şəraitdə gəmi taktiki qruplarının müvafiq tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətlərin yerinə yetirilməsidir.

Son xəbərlər
Fərid Səfərli Azərbaycana qaytarılıb - RƏSMİ
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14