06 Noyabr 2024, 20:34
Harris Trampa məğlubiyyətini etiraf edəcək
ABŞ-nin demokrat vitse-prezidenti Kamala Harris, güman ki, çərşənbə günü prezident seçkilərindəki rəqibi - respublikaçı keçmiş prezident Donald Trampa zəng vuracaq və seçkilərdəki məğlubiyyətini etiraf edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə NBC telekanalı Harrisin iki köməkçisinə istinadən məlumat yayıb.
“Zəngin vaxtı hələ də müzakirə olunur. Harris hazırda çıxışı üzərində çalışır”, - telekanal adı açıqlanmayan köməkçidən sitat gətirib.
Eyni zamanda, Ağ Evin adı açıqlanmayan nümayəndəsi NBC telekanalına bildirib ki, ABŞ Prezidenti Cozef Bayden də çərşənbə günü Trampa zəng etmək niyyətindədir və bundan əlavə, seçkilərin nəticələri ilə bağlı ictimaiyyətə danışmaq istəyir.