11 Noyabr 2024, 12:04
Tellur 200-cü oyununa çıxıb
Tellur 200-cü oyununa çıxıb şəkil
Tellur 200-cü oyununa çıxıb

Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

"Operativ Media" PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın futbolçusunun yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub. Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.

Son xəbərlər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ