12 Noyabr 2024, 14:03
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəsisi general-polkovnik Kərim Vəliyev təmsil edib.
İclasdan öncə MDB ölkələrinin müdafiə nazirləri Kreml yaxınlığındakı Naməlum əsgərin məzarına əklil qoyublar.
Daha sonra Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının yerləşdiyi binada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
İclasda çıxış edən Rusiya müdafiə naziri Andrey Belausov bildirib ki, dünyadakı vəziyyət bölünməz Avrasiya təhlükəsizliyinin qurulması üçün MDB ölkələrinin hərbi qurumlarının əməkdaşlığını tələb edir.
Onun sözlərinə görə, MDB-nin hərbi qurumları 2025-ci ildə 120-dən çox birgə tədbir keçirəcək