22 Noyabr 2024, 09:06
DSX-nın rəis müavini: Bu il ərzində 301 nəfər sərhəd pozucusu saxlanılıb
2024-cü il ərzində dövlət sərhədlərinin mühafizəsi zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər isə rejim pozucusu saxlanılıb.
DSX-nın rəis müavini: Bu il ərzində 301 nəfər sərhəd pozucusu saxlanılıb şəkil
DSX-nın rəis müavini: Bu il ərzində 301 nəfər sərhəd pozucusu saxlanılıb

"Operativ Media"nın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, bu il ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb.

"Həmin narkotiklərin ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib. Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub, tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılıb, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb", - deyə Araz Məmmədov bildirib.

Əsəd Abaslı

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi