Ağdaşda oğurluq edən şəxslər tutulub
Nərmin Qocamanlı
Zərərçəkənlər polisə müraciət edərək rayonun Qaradeyin kəndi ərazisindən 18 rəst at və 16 baş camışın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net