Roskosmos Aya insanlı uçuşların başlanmasını təxirə salıb

admin
Roskosmos Aya insanlı uçuşların başlanmasını təxirə salıb
Roskosmos Aya insanlı uçuşların başlanmasını təxirə saldığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Roskosmosun baş direktorunun müşaviri Oleq Qorşkov Gənc Alimlərin Konqresində bildirib.

Bu qərar, büdcə məhdudiyyətləri və texnoloji hazırlıqların tələblərinə görə verilib.

"Aya pilotlu uçuşların başlanması vaxtı büdcə məhdudiyyətləri səbəbindən dəyişir", - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Roskosmosun rəhbəri Yuri Borisov bildirmişdi ki, 2030-cu ilə qədər Rusiya texnoloji cəhətdən kosmonavtları Aya endirməyə hazır olacaq.

 

Digər xəbərlər