28 Noyabr 2024, 15:25
Maliyyə naziri Yunanıstan səfiri ilə görüşüb
Azərbaycan və Yunanıstan arasında maliyyə sektorunda əməkdaşlıq müzakirə edilib.
Maliyyə naziri Yunanıstan səfiri ilə görüşüb şəkil
Maliyyə naziri Yunanıstan səfiri ilə görüşüb

"Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Samir Şərifov Yunanıstanın ölkəmizdəki səfiri Xristos Kapodistrias ilə görüş keçirib. Görüşdə iki ölkə arasında maliyyə, iqtisadi, beynəlxalq maliyyə qurumları çərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub, Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, qlobal əhəmiyyətə malik iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından tədbirin önəmi qeyd olunub.

Səfir Yunanıstanın COP29-da ən yüksək səviyyədə – Baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi altında nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladıb və qlobal iqlim konfransının olduqca qısa müddət ərzində yüksək səviyyədə təşkili və keçirilməsinə görə təbriklərini çatdırıb.

Görüş zamanı həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində iki ölkənin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə dair istək ifadə olunub.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib