02 Dekabr 2024, 20:06
Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
Cari ilin 10 ayı ərzində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb.
Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb şəkil
Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb

"Operativ Media" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Mohammed Al Blooshi Birliyin yaranmasının 53-cü ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Diplomat 2023-cü ildə isə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarət dövriyyəsinin ümumi həcminin 1 milyard 641 milyon ABŞ dolları təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, hər iki dövlətin liderinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir.

Səfir iki ölkə arasında turizm əlaqələrinə toxunaraq bildirib ki, 2024-cü ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb.

O, son olaraq iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın BƏƏ və Azərbaycanda mütəmadi olaraq keçirilən iclaslarının da münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb