Menyu

Bitkoinin qiyməti rekord həddə çatıb

Əziz Əzizli
Bitkoinin qiyməti rekord həddə çatıb
1 dəq oxu

"Binance" platformasının məlumatına görə, Bitkoinin qiyməti bütün zamanların ən yüksək həddinə çataraq 100 min dollar həddini keçib.

"Operativ Media" xəbər verir ki, Bakı vaxtı ilə saat 05:33-ə olan məlumata əsasən, kriptovalyuta 100 min dollar (+4,49%) səviyyəsini aşaraq tarixi rekorda imza atıb.

Bitkoinin artımı davam edib və Bakı vaxtı ilə saat 06:47-də kriptovalyutanın qiyməti 101,4 min dollar səviyyəsinə yüksəlib.

Bu tarixi zirvə, kriptovalyuta bazarında inamın artması və qlobal maliyyə bazarlarında dəyişən meyllərin fonunda qeydə alınıb

Əlaqəli Xəbərlər