07 Dekabr 2024, 15:28
Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir
Bakıda yerli və qardaş Türkiyədən olan təcrübəli həkim heyətinin iştirakı ilə Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir.
Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir şəkil
Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, konqresin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisi vəzifəsini icra edən polkovnik Anar İsmayılov konqres müddətində aparılan çıxışların həkimlərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyindən əmin olduğunu bildirib.

Qeyd olunub ki, keçirilən konqresin əsas məqsədi revmatoloqların davamlı təhsili, yeni diaqnostik və müalicə üsullarına yiyələnmək, elmi tədqiqatlara dəstək olmaq, eləcə də xarici həmkarlarla elmi-praktik əlaqələrin qurulmasıdır.

Bakıda keçirilən konqresin Azərbaycanda revmatologiyanın inkişafına yeni təkan verəcəyi xüsusi vurğulanıb.

Konqresdə “Böyük damar vaskulitləri”, “PAN+DADA-2 sindromu”, “Makrofaq Aktivasiya Sindromu”, “Avaskulyar nekroz”, “Bahçet xəstəliyi, ağırlaşmalar və müalicə prinsipləri” və digər mövzularda çıxışlar dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, ümumilikdə 250-dən çox yerli və xarici qonağın iştirak etdiyi Azərbaycan Milli Revmatoloji Konqresinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Revmatoloqlar İctimai Birliyinin üzvü, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının revmatologiya bölməsinin baş ordinatoru tibb xidməti mayoru Məğrur Məmmədovdur.

Son xəbərlər
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb
Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yük daşımaları 3 dəfəyə yaxın artıb