Menyu

"Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər

Operativ Media
"Eternity-2026" təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər
1 dəq oxu

"Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.

Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər