09 Dekabr 2024, 10:39
"Kəpəz" son 16 mövsümün antirekorduna imza atdı
Azərbaycan Premyer Liqasının 16-cı turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb.
"Kəpəz" son 16 mövsümün antirekorduna imza atdı şəkil
"Kəpəz" son 16 mövsümün antirekorduna imza atdı

"Operativ Media" xəbər verir ki, bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.

Son xəbərlər
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb